quş südü

pigeon’s milk птичье молоко
quş olub göyə uçmaq
quşbeyin (başıboş)
OBASTAN VİKİ
Hirkan quş südü
Pont quş südü
Quş südü tortu
Quş südü — çalınmış yumurtadan ibarət şirniyyatdır. Çox zərif formada hazırlanıb, üzərində şokoladlı qlazurlu olur. SSRI dövründə yeganə patent alan tort idi. Bu vaxta kimitortlara patent verilməsi mövcud deyildir. Bu tortun resepti Moskvada Praqa restoranının üç məşhur kulinarı Vladimir Quralnik, Marqarita Qolovoya və Nikolay Panfilov tərəfindən hazırlanmışdır. 1980-ci ildə tortun hazırlanması çıxarışı verilmiş 1982-ci ildə isə bu № 925285 altında onun hazırlanması qeydə alınmışdır.
Quş
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Arı südü
Arı südü – arıçılıq məhsuludur. Arı südü cavan arılarda xüsusi vəzlərdə yaranır. Əvvəlcə o, qatı, ağtəhər-şəffaf, jeləyəbənzər kütlə, sonra parıltısız sarımtıl çalarlar əldə edir. O, spesifik iyə və dada malikdir. Arı südünün tərkibi mürəkkəbdir. Onda zülallar, yağlar, karbohidratlar, vitaminlər, aminturşuları, fermetnlər, yağ turşuları, hormonabənzər maddələr var, amma zülallar və vitaminlər üstünlük təşkil edir. Arı südündə 65% su, 14–18% zülal maddələri, 9–10% şəkər, 1,-5,7% yağ var. Onun tərkibində 22 aminturşusu aşkar edilmişdir. Arı südündə dəmir, qızıl, gümüş, kükürd, xrom və sink kimi mikroelementlər aşkar edilmişdir. Arı südü 5–15 günluk körpə işçi arıların udlaq və üst çənə vəzilərində hazırlanır.
Balıq südü
Balıq südü — ərzaqdır. İlk dəfə Çilidə peyda olubdu. Onu suya töküb həll edib içmək olar. == İstehsalı == Balıq südünü Santiyaqoda balıq sənayesində istehsal olunur. Onlar zavodda balıq südününü toz variantda istehsal edirlər. Məhsul balıq iyi vermir. Çilidə deyillər ki, balıq südünü iri buynuzlu mal-qaranın qidalanmasında istifadə etmək olar. Buna görə 1970-ci ildən başlayaraq Çilidə bu sahədə yeni dövr başlayır. Həmçinin dondurma və pendir istehsalında istifadə edilir.
İnək südü
Süd — qida məhsulu. Südün yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var. Onu heç bir zaman 47 dərəcə temperaturdan yuxarı qaldırmaq olmaz, çünki 54 dərəcədə bütün onun içindəki fermentlər məhv olur.Ona görə də heç vaxt pasterizə süd qəbul etmək məsləhət görülmür.Keçini sağan kimi südünü içmək lazımdır. Keçi südünü yalnız 2 gün soyuducuda qapaqlı qabda saxlamaq olar. Körpə üçün ən xeyirli ana südüdür. Bu gün ana südündə, şiş əleyhinə effektli üç maddənin olduğu təsdiqlənib: laktoferrin, poli doymamış yağ turşuları və alfa-laktalbumin. Laktoferrin şiş hüceyrələrinin böyüməsinin və metastazının qarşısın ala bilmə qabiliyyətini sübut edib. Ana südündə olan poli doymamış yağ turşuları (olein, linolen, qammalinolen turşuları) şiş hüceyrələrini kənarlaşdırma xassəsinə malikdir ki, bu da in vitro və heyvanlar üzərində təcrübələrdə nümayiş etdirilib. Ana südünün tərkibində şaxəli hüceyrələr var ki, onlar istənilən başqa hüceyrəyə çevrilə bilir: sümük, qığırdaq, yağ, beyin, qaraciyər, mədəaltı vəz. Bu vəziyyət – xərçəngdən qorunmaq üçün müalicə səviyyəsi kimi izah oluna bilər.
Ana südü
Ana südü — qadının süd vəzilərinin istehsal etdiyi qidalandırıcı maye. Həm hamiləlik - doğuş - ana südü ilə qidalanırma - ağuz - keçid - yetkin süd, həm də hər qidalanma zamanı - ön süd - arxa süd mərhələlərinə görə tərkibini dəyişir. Tərkibi körpəlik dövründə uşağın qidalanma tələblərinə cavab verir, həmçinin immuniteti qorumaq və uşağın böyüməsini tənzimləmək funksiyalarını yerinə yetirir. Quru maddələr — 11,9 % Yağ — 3,9 % Zülal — 1,0 % (в том числе казеина — 0,4 %) Laktoza — 6,8 % Mineral maddələr — 0,2 % Laktasiya dövründə ana südünün tərkibi laktasiya dövründən, günün vaxtından və hətta hər qidalanmanın əvvəlindən sonuna qədər dəyişir. Bəzi komponentlərin, məsələn, suda həll olunan vitaminlərin (asкorbin turşusu, nikotin turşuları, tiamin, riboflavin, piridoksin) tərkibi müəyyən dərəcədə ananın pəhrizindən asılıdır. Dəmir kimi digər komponentlərin tərkibi ananın pəhrizindən asılı deyildir . Ana südündə zülalların ümumi miqdarı 0,9-1,0% təşkil edir ki, bu da inək südündən 2-3 dəfə azdır. Laktasiyanın başlanğıcında kazeinin tərkibi aşağıdır (zərdab proteini/kazein nisbəti 90:10); yetkin süddə kazeinin nisbəti daha yüksəkdir (zərdab proteini/kazein nisbəti 60:40). Kazein misellərinin ölçüsü 42 nm-dir. Qismən açılmış alfa-laktalbumin (ana südündən olan zərdab zülalı) və HAMLET adlanan olein turşusu kompleksi (iuman Alpha-Lactalbumin Made Lethal to Tumor Cells abbreviaturasıdır) həm in vitro, həm də şiş hüceyrələrinin - in vivo proqramlaşdırılmış ölümünə (apoptoza) səbəb olur. .
Bülbül (quş)
Kardinal (quş)
Kivi (quş)
Kivi (Apteryx Shaw, 1813) — Tilsizlər dəstəüstünə aid yeganə quş cinsi. Kivi uça bilmir, çünki qanadları yoxdur. Uzun dimdiyi var. Bədəninin ölçülərinə nisbətdə yumurtası böyükdür.
Quş (Maku)
Quş (fars. قوش‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 416 nəfər yaşayır (70 ailə).
Quş adası
Quşadası — Türkiyədə yerləşən istirahət zonası. Quş adası (Slovakiya) — Slovakiyanın qərbində yerləşən ada.
Quş alimi
Quş koloniyası
Quş koloniyası — Dəniz quşlarının sahil ərazilərinə yaxın ərazilərdə təşkil etdikləri kütləvi yuvalama ərazisidir. Dəniz quşları arasında Təmizçilər, Qağayılar, Çovdarçıkimilər, Fırtınaquşukimilər, Qarabatdaq, Ördəklər, Oluşalar və pinqvinlər üstünlük təşkil edir. Onlar əsas sahilə yaxın qayalıqlarda və bəzəndə qumluqlarda yuva qururlar. Xüsusi ilə qütb enliklərdə yerləşən adalarda bu koloniyaların həcmi dahada böyükdür. Quş koloniyalarının olduğu ərazilər: Şimal Torpağı, Yeni Sibir adaları, Kuril adaları, Aleut adaları, Kanada Arktik arxipelaqı, Odlu Torpaq, Kamçatka, Kola yarımadası, Qalapaqos adaları. Azərbaycanda bu tip koloniyaya Gil adasında rast gəlinir. Adada 10 000 baş olan qağayı koloniyası vardır Koloniyalarda quano, quş yumurtası və qiymətli quş lələkləri və tükü toplanılır. Üstəlik bu ərazilərdə kütləvi şəkildə quş ovlanılır.
Quş peyini
Quş peyini — quşların ifrazatıdır, defekasiya zamanı ifrazat dəliyindən (kloaka) xaric olunur. Qiymətli, güclü təsir edən gübrə istehsalı üçün xam malıdır.
Quş qanadı
Qanad — quşlarda əzələ ilə hərəkət edən uçma orqanı. Heyvan ya da cansız bir obyektin uçmasını təmin edən orqan və ya parça. Xüsusilə quşlarda görülür. Bəzi heyvanlarda uçmasını təmin edə bilməyəcək qədər balacadır. Quş qanadları uçmağa uyğunlaşmış ön ətraflardır. Onların skeleti bazu, said, çox dəyişmiş əldarağı və barmaqlardan ibarətdir. Qanadların dərisi üzərində çalma və örtücü lələklər olur. Qanad lələkləri kirəmit kimi bir-birinin üzərinə yataraq, hava keçirməyən bütöv və yumşaq səth əmələ gətirir. Yarasa qanadlar çox uzanmış əl barmaqları, ayaqlar və quyruq ilə bitişmiş uçma pərdəsindən ibarətdir.
Quş qripi
Quş qripi (latınca Grippus avium), klassik quş vəbası — quşların kəskin infeksiyalı virus xəstəliyi. Quş qripi hələ qədim dövrlərdə mövcud olmuşdur. Bu xəstəliyə müxtəlif ölkələrdə bir-birindən fərqli adlar verilib. İtalyan alimi Perronçita 1880-ci ildə ilk dəfə olaraq elmi dildə onu "Toyuq tifi" kimi qələmə alıb. Sonralar Avropada onu "Quş taunu" adlandırıblar. 1901-ci ildə Çentani bu xəstəliyin virus təbiətli olduğunu müəyyənləşdirib. 1955-ci ildə xəstəliyin törədicisinin A tipinə mənsub influensa olduğu aşkar edilib. Alimlər onu ilk dəfə olaraq 1971-ci ildə "Quş qripi" xəstəliyi adlandırıblar. Xəstəliyin törədicisinin vizionunun böyüklüyü 80–120 nm-dir, bəzən sapkimi şəkildə 400–800 nm ölçüdə ola bilər (nomometr 1 millimertin milyonda bir hissəsidir). Xəstəliyin yüksək patogenliyi XX əsrin sonlarında özünün Meksikada, Çində büruzə verməyə başlayıb.
Quş quşüzümü
Quş quşüzümü (lat. Solanum aviculare) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Vətəni Avstraliya və Yeni Zellandiyadır. Hündürlüyü 4 m-ə qədər olan düz gövdəli, şaxələnmiş budaqlı, həmişəyaşıl koldur. Yarpaqlarının uzunluğu 20 sm olub, tünd-yaşıl rəngdədir. İri bənövşəyi-mavi, ulduzvari çiçəklərinin diametri 3 sm-ə qədərdir. Çiçəkləməsi iyunda başlayıb, oktyabr ayına qədər davam edir. Toxumla çoxaldılır. Rütubətli, tropik meşələrdə gilli torpaqlarda yaxşı bitir. İstiyə, işığa davamlı bitkidir.
Quş qırxbuğumu
Quş qırxbuğumu (lat. Polygonum aviculare) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin qırxbuğum cinsinə aid bitki növü. Birillik ot bitkisidir. Gövdəsi budaqlanan, düyünlü, adətən sərilən bitkidir. Yarpaqları çoxsaylı, növbəli, ellipsşəkilli və ya neştərşəkilli, bütövkənarlı, uzunluğu 1-3 sm olub, daralmış qısa saplaqla birləşmişdir. Çiçəkləri kiçik olmaqla, 2-5 ədəd qoltuq tumurcuqları ilə əhatə olunmuşdur. Çiçək yatağı 5 bölümlü, yaşılımtıl olub, kənarları çəhrayı və ya ağ rənglidir. Erkəkciyi 8, dişiciyi qısa sütuncuqlu, az görünən dişicik ağzından ibarətdir. Meyvəsi üçtilli fındıqcıqdır. İyuldan payızın sonuna qədər çiçəkləyir.
Quş yuvası
Quş yuvası — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Quşyuvası kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Alxasli kəndindən çixmiş ailələr qizilquş yuvalari olan və Quşyuvası adlanan meşəlik sahədə saldiğına görə belə adlandırılmışdır.
Quş şəlaləsi
Quş (rus. Птичий) — Rusiyanın Saxalin vilayətində, Kunaşir adasında yerləşən şəlalə. Quş şəlaləsi Kusirodan 254,5 km şimal-şərqdə yerləşir. Şəlalə Kuril qoruğunun əsas görməli yerlərindən biri hesab olunur. Şəlalə Quş (Ptiçaya) çayının Oxot dənizinə töküldüyü yerdə formalaşmış. Şəlalə Kunaşir adasının ən böyük və ən enli şəlaləsidir: Hündürlüyü 12 metr, eni isə 20 metr olan şəlalə yağışlı mövsümdə ən enli səviyyəsinə çatır. Şəlalədən yuxarıda bir çox mineral bulaqlar yerləşir. Bulaqların suyu çayın rəngini parlaq mavi rəngdən şəffaf rəngə qədər dəyişir. Şəlalə və çay öz adını yaz aylarında ərazidə çoxlu quşların toplanmasına görə almış. Quş çayı yetərincə bol suludur (Kunaşir adasında ikinci böyük çay).
Siçanaoxşar quş
Laçın (quş)
Laçın (lat. Falco peregrinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Göyərçindən xeyli iridir (0,8 kq-a qədər). Bel tərəfi, qanadları və quyruğu göyümtülə çalan boz, qarın tərəfi isə açıq rənglidir və köndələn naxışları var. Döşündəki naxışlar damcı formalıdır. "Bığları" parlaq qara, ayaqları sarıdır. Avropa, Asiya, Afrika, Avstraliya, Şimali Amerika, Cənubi Amerikanın cənub-qərb hissəsi. Azərbaycanda dağların yüksək qurşaqlarında məskunlaşıb nəsil verir. Oturaq, qışlayan və miqrant populyasiyaları var.
Qaz (quş)
Qaz (quş) (lat. Anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. Qaşqa qaz (Anser albifrons); Boz qaz (Anser anser); Alyaska qazı (Anser canagicus); Ağ qaz (Anser caerulescens); Quruburun (Anser cygnoides); Ağqaş qaz (Anser erythropus); Əkin qazı (Anser fabalis); Dağ qazı (Anser indicus).

Digər lüğətlərdə